Cəmiyyət

Doqquz rayona istiliyin verilməsinə başlandı

Sharing is caring!


Bu gündən etibarən bir neçə rayonda istiliyin verilməsinə başlanılıb.

Bu barədə Trend-ə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O qeyd edib ki, bunlar Şuşa, Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən və Şabran rayonlarıdır.

“Bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib. Bakı şəhərinə və digər rayonlara istiliyin verilməsinə noyabrın 15-də başlanması nəzərdə tutulub”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir