Cəmiyyət

“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilib

Sharing is caring!


Gəncə şəhəri üzrə “Yaşıl şəhər” Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılmış İdarəedici qrupun iclası keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, iclasda aidiyyəti dövlət qurumlarının, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri iştirak ediblər. Nazir müavini Sahib Məmmədovun sədrliyi ilə virtual formatda keçirilən növbəti iclasda “Yaşıl şəhər” Tədbirlər Planı üzrə görülmüş işlər, əldə olunmuş nəticələr, təklif olunan strateji yanaşmalar barədə müzakirələr aparılıb.

Ötən ilin yayında Gəncə şəhəri Azərbaycanda ilk pilot şəhər olaraq EBRD-nin “Yaşıl Şəhərlər Proqramı”na qoşulub. Seçilmiş şəhər üçün “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması bu proqramın əsasını təşkil edir. Fəaliyyət Planının əsas məqsədi isə “yaşıl” gələcəyə keçidi dəstəkləmək üçün investisiya qoyuluşu və digər tədbirlər vasitəsilə şəhərin ekoloji məsələlərin həllinə kömək göstərilməsidir. Gəncədə “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması prosesinə nəzarətin həyata keçirilməsi, koordinasiyanın təmin edilməsi üçün İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə İdarəedici qrup təşkil olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir