Cəmiyyət

Şirvanda mikroavtobusla minik maşınları toqquşub: Xəsarət alanlar var

Sharing is caring!


Şirvanda mikroavtobusla minik maşınları toqquşub, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun şəhərin Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,”Mercedes Sprinter” markalı mikroavtobus VAZ-2106 və “Renault Logan” markalı minik maşınları ilə toqquşub.

Qəza nəticəsində 1963-cü il təvəllüdlü Şahin Ərəbxan oğlu Mirzəyev, 1967-ci il təvəllüdlü Rasim Qüdrət oğlu Əliyev, 1966-cı il təvəllüdlü Rauf Kamil oğlu Hümbətov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir