Cəmiyyət

Ağstafa-Bakı sürət qatarında ləngimə hansı səbəbdən baş verib? – RƏSMİ AÇIQLAMA

Sharing is caring!


Ötən gün 705 nömrəli Ağstafa-Bakı sürət elektrik qatarı texniki nasazlıq səbəbindən “Goran” stansiyasında dayanmalı olub. Bir müddət sonra texniki problem aradan qaldırılıb və qatar yoluna davam edib. Bununla belə qatar mənzil başına qrafikdə nəzərdə tutulduğundan xeyli gec çatıb.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən Bizim.Media-ya bildirilib ki, həqiqətən ötən gün Ağstafadan Bakıya hərəkət edən sürət qatarı “Goran” stansiyasında bir qədər ləngiyib:

“Bu da elektrik xəttindəki gərginliyin azalması səbəbi ilə olub. Qısa zamanda problem həll olunub və qatar yenidən yoluna davam edib. Lakin qatar mənzil başına – Bakıya qrafikə uyğun deyil, yarım saat ləngimə ilə çatıb. Bunu nəzərə alan QSC-nin rəhbərliyi sərnişinlərin rahat mənzil başına çatması üçün əlavə tədbirlər görülüb.

Belə ki, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Pirşağı-Sumqayıt istiqamətində xəttə əlavə qatarlar buraxılıb.

Bundan əlavə, Bakı sərnişin stansiyasından “20 yanvar”, “Koroğlu” və bəzi vacib istiqamətlərə pulsuz avtobuslar təşkil edilib. Nəticədə, bütün sərnişinlər rahatlıqla mənzil başına çatdırılıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir