Cəmiyyət

Saray qəsəbəsində köməksiz vəziyyətdə qalan şəxs xilas edildi – VİDEO

Sharing is caring!


Saray qəsəbəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış sakinin xilası üçün FHN-ə müraciət edilib.

“Qafqazinfo” xəbər verir ki, dərhal ünvana gələn FHN-in Sumqayıt  Regional Mərkəzinin xilasediciləri xüsusi xilasetmə vasitələrindən istifadə edərək onüçmərtəbəli yaşayış binasının onikinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq bağlı qapı arxasında halsız vəziyyətdə qalmış yaşlı vətəndaşı xilas ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir