Cəmiyyət

Ağalı sakinləri: “Sevincimizdən hisslərimizi ifadə edə bilmirik” – FOTO

Sharing is caring!


“Sevincimizdən hisslərimizi ifadə edə bilmirik”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Zəngilan rayonu, Ağalı kənd sakinləri, keçmiş məcburi köçkünlər deyiblər.

“Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Bizə sevincli günləri yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə cansağlığı, uzun ömür arzulayırıq”, – Gülşən Məmmədova deyib.

“Doğma yurduma nəvəmlə qayıdıram. Bizim üçün bundan sevincli gün ola bilməz. İnşallah doğma yurdumuzdakı günlərimiz daha gözəl olacaq”, – o əlavə edib.

Digər sakin Nəzrin Baxşəliyeva isə qeyd edib ki, bu gün həyatının qürurverici günüdür:

“Ağalı kənd sakini, müəllim olaraq istəyirəm ki, gələcəyimiz üçün kəndimizdə Vətənimizə, dövlətimizə, cəmiyyətimizə layiqli oğul və qızlar yetişdirək”.

Bu gün yaşadığım hədsiz sevincə, qürura görə cənab İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm. Allah ordumuzu daim müzəffər etsin, şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı arzulayıram. Prezidentimizlə, şanlı ordumuzla fəxr edirik”.

Qeyd edək ki, bu gün Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə – 127 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir