Cəmiyyət

İsmayıllıda kişi özünü yandırıb

Sharing is caring!


İsmayıllı rayonunda intihara cəhd hadisəsi olub.

“Unikal”ın məlumatına görə, bu gün saat 14 radələrində rayonun Qubaxəlilli kənd sakini, 1997-ci il təvəllüdlü Röyal Müşfiq oğlu Mirzəyev İsmayıllı Rayon İcra Hakimiyyətinin qabağında üzərinə benzin tökərək özünü yandırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Röyal Mirzəyev rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onun vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə hazırda Bakıya yola salınır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir