Cəmiyyət

Ad günündə qayçı ilə dostunu öldürən şəxsin məhkəməsi başa çatıb

Sharing is caring!


Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Cavid Quliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Ağcabədi sakini, 1988-ci il təvəllüdlü C.Quliyev 2019-cu il noyabrın 7-də saat 17 radələrində dostu və qonşusu, 1974-cü il təvəllüdlü Kərim Sultanovun evində təşkil etdiyi doğum günü məclisinə gedib. Ziyafətdə olarkən dostlar arasında mübahisə yaranıb, Kərim Cavidi ağır söyüşlərlə təhqir edib. C.Quliyev yaxınlıqda yerləşən öz evinə gedərək həyətdən qayçını götürüb və geri qayıdıb. Küçədə Kərimlə rastlaşıb və oradaca onun sinəsindən qayçı ilə bir zərbə vurub. Nəticədə K.Sultanovun ürəyi zədələnib. Xəstəxanaya yerləşdirilsə də, əməliyyat zamanı vəfat edib. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, C.Quliyev şübhəli şəxs qismində tutulub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Şirvan Apellyasiya Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərarından məhkum edilmiş şəxsin müdafiəçisi kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət verib. Vəsatət rədd edilib. Daha sonra müdafiəçi həmin qərardan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir