Cəmiyyət

Zaqatalada aşpaz şadlıq evində yanıq xəsarətləri alıb

Sharing is caring!


Zaqatalada aşpaz yanıq xəsarətləri alıb.

APA-nın məlumatına görə, hadisə Zaqatala rayonunda fəaliyyət göstərən şadlıq evlərindən birində baş verib.

Şadıq evində aşpaz işləyən Qax rayonu Tasmalı kənd sakini 1977-ci il təvəllüdlü Asəf Nizam oğlu Orucovun üzərinə iş vaxtı qaynar yağ dağılıb. Hadisə nəticəsində A.Orucov hər iki yuxarı ətrafın, qarın və kürək nahiyəsinin yanıq xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir