Cəmiyyət

Nəsimi Qasımov: “Azərbaycanda 40 faiz onkoloq ştatı boşdur”

Sharing is caring!


“Ölkə üzrə 40 faiz onkoloq ştatı boşdur, bu da xərçəng növlərinin erkən aşkarlanmasını gecikdirir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının sabiq baş həkimi Nəsimi Qasımov II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bölgələrdə onkoloji xidmət mərkəzlərinin bir neçəsi ləğv olunub və şöbə kimi fəaliyyət göstərir:

“Hesab edirəm ki, region sayına görə belə mərkəzlər mütləq olmalıdır. Avadanlıq və dərman təminatı sahəsində müəyyən boşluqlar var. Bundan başqa, televiziyalar adətən həkim reklamları ilə məşğul olurlar. Amma heç biri skriniq haqqında bir material hazırlamır. Ona görə də əhali arasında maarifləndirmə zəifdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir