Cəmiyyət

Gəncədə nənənin küçəyə atdığı uşaqlar Bakıdakı körpələr evinə göndəriliblər

Sharing is caring!


Gəncə şəhərində nənənin küçəyə atdığı qardaş və bacısı Bakı şəhərində yerləşən körpələr evinə göndərilib.

“Report”un Qərb bürosunun məlumatına görə, iki yaşlı oğlan və dörd aylıq körpə qız aidiyyəti nümayəndələr tərəfindən Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından çıxarılaraq Bakı şəhərində yerləşən körpələr evinin birinə aparılıblar.

Xatırladaq ki, Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi qərarına gəlinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir