Cəmiyyət

Bakının mərkəzində ölüm balkonu – VİDEO

Sharing is caring!


Təzəpir məscidi yaxınlığında – Həzi Aslanov küçəsi, 7 ünvanında binalardan birinin balkonu qəzalı vəziyyətdədir və hər an küçədən keçənlərin üzərinə uça bilər. Yeri gəlmişkən, yerli sakinlərdən biri vaxtilə burada belə bir bədbəxt hadisənin yaşandığını bildirib.

Bakupost.az xəbər verir ki, binanın sakinləri balkonun uçmaması üçün onun altına taxta tir dayayıblar. Bu isə onsuz da dar olan küçədə avtomobillərin və piyadaların hərəkətinə mane olur. Üstəlik, axşam vaxtı qaranlıq küçədə hər hansı sürücünün ehtiyatsızlığı nəticəsində həmin tir də, balkon da uça və bədbəxtliyə səbəb ola bilər.

Ümid edirik ki, əlaqədar qurumlar yerli sakinləri hər an ölümlə təhdid edən qəzalı balkonun təmiri ilə bağlı tədbir görəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir