Cəmiyyət

Dunya Miyatoviç Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində olub – FOTO

Sharing is caring!


Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarının müşayiəti ilə Avropa İttifaqının insan hüquqları üzrə müvəkkili Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyəti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində olub. Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, “MTE və PA Birliyi”nin əməkdaşları, Səhiyyə Nazirliyinin Media və Kommunikasiya Şöbəsinin əməkdaşları, həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın yaxınları da iştirak ediblər.

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov insan hüquqları üzrə müvəkkillə birlikdə İkinci Qarabağ müharibəsi nəticəsində Qarabağda işğaldan azad edilmiş ərazilərdə 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı 4 000-ə yaxın itkin düşmüş (qətlə yetirilmiş) soydaşlarımıza məxsus skeletlərin və sümük qalıqlarının xüsusi tibbi qaydalara müvafiq ekshumasiyası, qablaşdırılması, bu maddi sübutların birliyin kriminalistika şöbələrində və müvafiq laboratoriyalarda məhkəmə-tibbi müayinəsi, istintaq orqanları (hərbi və mülki prokurorluq və s.) tərəfindən çıxarılmış qərarlarda qoyulan sualların cavablandırılması, aşkar edilmiş sümük qalıqlarına əsasən bu şəxslərin məhkəmə-tibbi identifikasiyası (eyniləşdirilməsində), bu sümük qalıqlarının xüsusi şəraitlərə malik depolarda saxlanılması və yaxınlarına təhvil verilməsində məhkəmə-tibbi ekspertizanın rolu və əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.

İnsan hüquqları üzrə müvəkkil Dunya Miyatoviç və nümayəndə heyətinin digər üzvləri tərəfindən Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın yaxınları qəbul edilib, söhbətlər aparılıb.

Professor Ədalət Həsənov müvəkkil Dunia Miyatoviç və digər qonaqlara Birliyin Məhkəmə-tibbi Kriminalistika şöbəsi və şöbənin laboratoriyalarında aparılan işlər, Birinci Qarabağ müharibəsindən itkin düşmüş şəxslərin sümük qalıqlarının ekspertizası barədə ətraflı məlumat verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir