Cəmiyyət

Gəncədə sərnişin avtobusu aşıb

Sharing is caring!


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Xan Bağı ərazisində qeydə alınıb.

1 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb.

İlkin məlumata görə, xəsarət alanlar var. Məlumata görə, avtobusun aşdığı ərazidə bir müddət öncə yaşayış binası inşa olunurmuş, işlər yarımçıq saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir