Cəmiyyət

“Təmiz hava” aylığı çərçivəsində tədbirlər davam etdirilir – FOTO

Sharing is caring!


Paytaxtda və bölgələrdə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, eləcə də ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması məqsədilə keçirilən tədbirlər davam etdirilir. Bu qəbildən olan növbəti tədbir Baş Dövlət Yol Polisi İdarəsinin və Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə həyata keçirilib.

Keçirilən tədbir zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparılıb, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir