Cəmiyyət

Hikmət Hacıyev: “AAFK mina təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək” – VİDEO

Sharing is caring!


“Azərbaycanın Ampute Futbol Komandası əsasən mina partlayışı qurbanlarından ibarətdir və ümid edir ki, onlar tezliklə Dünya Amputeiya Futbol Çempionatında iştirak edəcəklər”.

 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu “X” sosial platformasında Azərbaycanın Ampute Futbol Komandası (AAFK) ilə bağlı paylaşımında bildirib.

“Azərbaycan Ermənistanın 30 ildir davam edən işğalı nəticəsində minalarla dünyanın ən çox çirklənmiş ölkələri sırasındadır. Ümid edirəm ki, güclü futbolla və sportforpeace konsepsiyası çərçivəsində Azərbaycanın Ampute Futbol Komandası “ölüm toxumları” – minaların təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək!”, – deyə Hikmət Hacıyev qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir