Cəmiyyət

A.Nəcəfli: “Yol üzərindəki iri yaşayış məntəqələrinə giriş-çıxış üçün dörd məntəqə fəaliyyət göstərir” – FOTO

Sharing is caring!


“Ödənişli yolda iki cür hərəkət zolağı var. Biri sürətli keçiddir, digəri isə adi keçiddir”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolu ilə bağlı medianın suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, adi zolaqlarda sürücü məntəqə yaxınlaşaraq xüsusi çipli kartları əldə edir və yoldan istifadə etmək hüququ qazanır.

A.Nəcəfli bildirib ki, əldə edilən kartlara müəyyən balans yerləşdirilir:

“Adi keçiddən istifadə edən sürücü ödənişli yola girdiyi və çıxdığı vaxta qədər qət etdiyi məsafəyə uyğun olaraq ödəniş həmin balansdan çıxılır. Sürətli keçiddə isə öncədən əldə edilmiş xüsusi çipli kartlar avtomobilin alın şüşəsinə yapışdırılır. Sürücü məntəqəyə yaxınlaşdıqda orada yerləşdirilən sistem avtomobili tanıyır və heç bir maneə olmadan sürücü gəldiyi sürətlə yoluna davam edə bilir.

Bu yolun giriş-çıxış nöqtələri ilə yanaşı, iri yaşayış məntəqələrinə daxil olmaq və çıxmaq üçün də dörd məntəqə fəaliyyət göstərir. Bunlar Giləzi, Siyəzən, Gəndov və Xaçmaz məntəqələridir. Bayaq qeyd etdiyim giriş və çıxış hissələrində adi və sürətli keçidlər mövcuddur, amma digər kiçik məntəqələrdə bu hibrid zolaqlardır, hər ikisindən istifadə etmək mümkündür”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir