Cəmiyyət

Bakı sakininin xəbəri olmadan adına şirkət açıldı: Külli miqdarda vergi borcu var – VİDEO

Sharing is caring!


Bakı sakini Faiq Abbasovun adına şirkət açılıb və onun ünvanına külli miqdarda vergi borcu gəlib.

Xezerxeber.az-ın məlumatına görə, 5 il öncə Faiq Abbasovun xəbəri olmadan onun adına şirkət yaradıblar. Nəticədə onun adına külli miqdarda vergi borcu yaranıb.

O özü isə bu barədə 2 il öncə xəbər tutub.

Şikayətçi problemlə bağlı etdiyi müraciətlərin nəticəsinin olmadığını bildirib.

Faiq Abbasov iddia edir ki, adına yaradılan şirkətdən xəbəri olmayıb, ancaq hazırda onun 45 min manata yaxın vergi borcu var.

Məhz bu məsələ ilə bağlı hazırda F.Abbasovun ölkədən çıxışına da qadağa qoyulub.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, vətəndaş ilk olaraq Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə yaxınlaşaraq “Asan İmza” ilə bağlı əməliyyatları dayandırmalıdır. Həmçinin, hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

Qurumun məlumatına görə, bu, vətəndaşı tam olaraq məsuliyyətdən azad etmir, lakin aparılan araşdırmalar və istintaq çərçivəsində saxtakarlığa yol verən şəxslər müəyyən ediləcək.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir