Cəmiyyət

Şəfahət İmranov: “Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 98,2 faizi açılıb”

Sharing is caring!


“Hərbi Prokurorluqda qeydə alınan cinayətlərin 98,2 faizi açılıb”

“Report” xəbər verir ki, bunu Hərbi prokurorun müavini, ədliyyə-general mayoru Şəfahət İmranov rəsmi mətbuatda dərc edilən “Ulu öndər Heydər Əliyev prokurorluğun da hamisi idi” sərlövhəli məqaləsində bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdən qalan 25-dən artıq cinayət işinin ibtidai araşdırması yekunlaşdırılıb:

“2005-ci ildən başlayaraq, yəni möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə Xanlar Vəliyev Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edildikdən sonra Silahlı Qüvvələrdə 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanılmış, uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik və bəzi hallarda isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmadığından təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə icraatı dayandırılmış cinayət işlərinin təcrübəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın qurtarması təmin edilmişdir.

Belə ki, icraatı təzələnmiş işlər üzrə düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, istintaqçıların peşəkarlığı və əzmi, eləcə də məharətlə həyata keçirilmiş prosessual rəhbərlik sayəsində 25-dən artıq cinayət işinin ibtidai araşdırmasının yekunlaşdırılmasına, o cümlədən cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə nail olunub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir