Cəmiyyət

Bakıda yük maşını piyadanı vuraraq öldürüb

Sharing is caring!


Bakıda yük maşını piyadanı vurub.

“Report” xəbər verir ki, hadisə bu gecə saat iki radələrində Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, Hacıağa Vaqif oğlu Ağayev etibarnamə əsasında idarə etdiyi “HOWO ST-3250C” markalı yük avtomobili ilə Sabunçu rayonu, Şəhər şosesi ilə Zabrat qəsəbəsi istiqamətindən şəhər mərkəzində doğru hərəkətdə olarkən nəqliyyat vasitəsinin ön sağ hissəsi ilə yolun hərəkət hissəsində dayanmış şəxsiyyəti məlum olmayan kişini vurub.

Naməlum şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir