Cəmiyyət

Bakıda avtobus qəza törədib, sərnişinlər təxliyə ediliblər – FOTO

Sharing is caring!


Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Sərnişin avtobusu eyni istiqamətdə olan “Toyota” markalı maşına çırpılıb. “Toyota” isə “Hyundai”a dəyib. İdarəetmədən çıxan avtobus yol ayrıcındakı beton səddə dəyərək dayanıb.

Avtobusdakı sərnişinlər təxliyə ediliblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir