Cəmiyyət

Məhkəmə qərarları ilə müsadirə olunan narkotik vasitələr məhv edilib

Sharing is caring!


Məhkəmə qərarları ilə müsadirə olunan narkotik vasitələr məhv edilib.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Qeyd edilib ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ayrı-ayrılıqda Sabirabad, İmişli və Ağcabədi rayon komissiyalarının birgə təşkilatçılığı ilə qeyd olunan rayonlarda fəaliyyət göstərən müsadirə edilən narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyaları tərəfindən ümumilikdə 47 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilən az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları yandırılma yolu məhv edilməsi həyata keçirilib.

Məhvetmə prosesləri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir