Cəmiyyət

BMT rəsmisi Azərbaycanda erkən nikahların qarşısının alınması sahəsində görülən işlərdən DANIŞDI

Sharing is caring!


“Azərbaycan Qadınlarının VI Qurultayı əməkdaşlıq üçün gözəl platformadır. Düşünürəm ki, bu toplantı əməkdaşlığımıza töhfə verəcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Qadınlarının VI Qurultayının oktyabrın 19-da keçirilən açılış mərasimində BMT-nin Azərbaycandakı resident-əlaqələndiricisi Vladanka Andreyeva deyib.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən danışan nümayəndə Azərbaycanda bu istiqamətdə müvafiq işlər görüldüyünü diqqətə çatdırıb:

“Azərbaycanda qadın hüquqlarının qorunması, gender əsaslı zorakılıqla mübarizə, erkən nikahları qarşısının alınması ilə bağlı QHT-lərlə də sıx əməkdaşlıq edirik. Qadınların ictimai həyatda fəal iştirakının təmin olunması vacibdir.

Azərbaycan qadınlarının qərar qəbul etmə prosesində fəallığının artırılmasının önəmini qeyd edən BMT-nin rezident-əlaqələndiricisi onların öz hüquqlarını qorunmasında qətiyyətli olduqlarını diqqətə çatdırıb. 

O əlavə edib ki, gənc qızların təhsili və məşğulluğunun artırılması vacib məsələlərdəndir.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir