Cəmiyyət

Rəhman Hümmətov: “Naxçıvana uçmaq üçün bilet tapılmaya bilməz”

Sharing is caring!


“Naxçıvana uçmaq üçün biletin olmaması və yaxud tapılmaması kimi bir problem ola bilməz”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

“Bu gün tələbdən asılı olmayaraq Naxçıvana uçan təyyarələrin sayı dörddür, bəzi hallarda 14-ə qaldırılır. İnsanlar əvvəlki illərin mənfi təcrübəsinə arxalanırlar. Biz onlayn şəkildə bilet əldə etməyə çağırsaq da, onlar müəyyən vasitəçilərlə bilet axtarmağa çalışır və bu zaman tapırlar. Amma hər gün növbəti 10 gün üçün Naxçıvana biletlər var. İnsanlar isə hava limanına gedir və yerində bilet tələb edirlər. Bizim xahişimiz odur ki, bir-iki gün öncədən səfəri planlaşdırıb bileti əldə etsinlər”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir