Cəmiyyət

Xırdalanda hər gün eyni vaxtda yolu bağlayan zibildaşıyan maşın narazılıq yaratdı – VİDEO

Sharing is caring!


Abşeron rayonunda səhər saatlarında zibildaşıyan maşının hərəkəti digər sürücülərin etirazına səbəb olub.

Hadisə barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Xırdalanda, Heydər Əliyev prospektində səhər saat səkkiz radələrində hərəkət edən zibildaşıyan maşın yolda hərəkətin məhdudlaşmasına səbəb olub.

Vətəndaş iddia edir ki, çoxtonnajlı maşın hər gün eyni vaxtda yolu bağlayır. Belə olan halda, xüsusən də işə tələsən və övladını məktəbə aparan valideynlərə böyük çətinlik yaranır.

Sözügedən görüntüləri təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir