Cəmiyyət

AQTA: “Xüsusi təhlükəli heyvan xəstəliklərinin erkən aşkarlanması üçün ciddi işlər aparılır”

Sharing is caring!


“Yüksək patogen quş qripi, dabaq və quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün ölkə mütəmadi qaydada simulyasiya təlimləri keçirilir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün keçirilən Regional Seminarda deyib.

Sədr müavinin sözlərinə görə, müxtəlif xəstəliklərə görə, ailə təsərrüfatlarında, quşçuluq müəssisələrində və təbiət ərazilərində aidiyyəti qurumların iştirakı ilə mütəmadi olaraq epizootoloji monitorinqlər keçirilir:

“Xüsusi təhlükəli heyvan xəstəliklərinin erkən aşkarlanması və çevik cavab tədbirlərinin icrası məqsədilə ciddi işlər aparılır və bu sahə dövlətin diqqət mərkəzindədir”.

B.Quliyev bildirib ki, hazırda müxtəlif növ heyvanlara aid 39 xəstəliyə qarşı mübarizə tədbirləri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir