Cəmiyyət

Xəzər Dəniz Neft Donanmasının keçmiş rəisi vəfat edib

Sharing is caring!


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) keçmiş əməkdaşı, uzun illər dəniz nəqliyyatı sahəsində çalışmış Arif Məmmədov vəfat edib.

Bu barədə ASCO məlumat yayıb.

Məlumata görə, o, 72 yaşında dünyasını dəyişib.

A.Məmmədov 1952-ci ildə Naxçıvan MR-in Babək rayonunda anadan olub, 1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Neft və qazın kimyəvi emalı texnologiyası/kimyaçı-texnoloq” ixtisası, 2000-ci ildə isə Azərbaycan Dövlət Dəniz Akademiyasını “Gəmi sürücülüyü” ixtisası üzrə bitirib.

O, əmək fəaliyyətinə 1972-ci ildə “Sahil” Kəşfiyyat Qazma İdarəsində çilingər kimi başlayıb, daha sonra müxtəlif idarə və təşkilatlarda çalışıb, 1996-2000-ci illərdə ASCO-nun Xəzər Dəniz Neft Donanmasının rəisi, 2016-20-ci illərdə isə “ACSC Logistics” MMC-nin direktor müavini olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir