Cəmiyyət

BQXK-nın Xankəndidəki ofisi fəaliyyətini dayandırıb?

Sharing is caring!


“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) beş ofisindən heç biri, o cümlədən Xankəndidəki ofisi fəaliyyətini dayandırmayıb”.

Oxu.Az xəbər verir ki, bununla bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə jurnalistlərin sualına cavab olaraq bildirib.

O qeyd edib ki, iddiaların əksinə, Xankəndi ofisi heç vaxt Ermənistana tabe olmayıb:

“Xankəndi ofisi bundan sonra da Ermənistana tabe olmayacaq. BQXK-nın illik hesabatlarında da Qarabağ hər zaman Azərbaycanın ərazisi kimi qeyd olunub. Üstəlik, Birinci Qarabağ müharibəsi dövründə ən böyük büdcə Bərdə ofisində olub. Çünki bu, ehtiyaclara görə müəyyən edilir”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir