Cəmiyyət

Avtoyuma məntəqəsində 50 qəpiyə görə köməkçini döydü

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən C.Əminovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Xətai Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası yüngülləşdirilərək ona 2 000 manat cərimə cəzası təyin olunub.

İttihama görə, hadisə 22 yanvar 2023-cü il tarixdə, saat 14:00-da Xətai rayonu ərazisində yerləşən “50 qəpik” avtoyuma məntəqəsində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü C.Əminov özünə məxsus “Honda” markalı maşınını yumaq üçün aparata daxil edilməsindən ötrü bütöv 50 qəpikliyi olmadığından məntəqədə köməkçi işləyən zərərçəkmiş M.Həsənovdan istəyib, lakin rədd cavabı alıb. Daha sonra o, zərərçəkmiş şəxsə nalayiq sözlər deyərək yumruqla bir neçə dəfə sifət nahiyəsinə vurub. İstintaq dövründə C.Əminovun barəsində Cinayət Məcəlləsinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir