Cəmiyyət

Saatlıda toydan qayıdan ailələr qəzaya düşüblər: Xəsarət alanlar var – ADLAR

Sharing is caring!


Saatlı rayonunda toydan qayıdan ailələr avtomobil qəzasına düşüblər, 5 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Orta Muğan kəndində qeydə alınıb.

“KİA Sorento” markalı nəqliyyat vasitəsinin aşması nəticəsində avtomobildə olan 5 nəfər – Saatlı rayonunun Orta Muğan kənd sakinləri, 2009-cu il təvəllüdlü Turqut Sahil oğlu Şərbətov, 1986-cı il təvəllüdlü Sahil Tahir oğlu Şərbətov, Samir Mirhəşim oğlu Seyidov, 2009-cu il təvəllüdlü Xədicə Fuad qızı Yusifzadə, 1985-ci il təvəllüdlü Fuad İsmayıl oğlu Yusifov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Avtomobildə xəsarət alan hər iki azyaşlı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir