Cəmiyyət

Yağıntılı hava şəraiti Biləsuvarda pambıq yığımına problemlər yaradıb – FOTO

Sharing is caring!


Yağıntılı hava şəraiti Biləsuvar rayonunda pambıq yığımına problemlər yaradıb.

Bu barədə ”Report”un yerli bürosuna rayon fermerləri məlumat veriblər.

Onların sözlərinə görə, intensiv yağışlar səbəbindən məhsulun yetişməsi gecikib. Həmçinin, daban qozalarının çürüməsi məhsuldarlıqda beş sentner azalma deməkdir.

“Əlverişsiz hava şəraitinin yığım ərəfəsində də müşahidə olunması yığıma hazır olan pambıq məhsulu üçün problemlər yaradır. Belə ki, məhsul yerə tökülür, bu isə itkiyə və onun keyfiyyətinə mənfi təsir göstərir. Əlverişsiz havaya baxmayaraq, məhsulu sahədən toplamağa çalışırıq”, – fermerlər bildirib.

Qeyd edək ki, bu il Biləsuvar rayonunda ümumilikdə 6 745,8 hektar sahədə pambıq əkilib. Hazırda pambıq yığımı davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir