Cəmiyyət

Zaqatala və Balakənə kütləvi böcək hücumu – FOTO/VİDEO

Sharing is caring!


Zaqatala və Balakənə böcəklərin kütləvi hücumu baş verib.

Bu barədə Lent.az-a yerli sakinlər məlumat veriblər.

Sakinlərin dediyinə görə, böcəklər artıq evlərə dolub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşı Həsən Nəzərli bildirib ki, onlara bu barədə məlumat daxil olub. Məlumat daxil olan kimi onlar bölgəyə ezam olunublar. Hazırda böcəklərlə mübarizə tədbirləri davam etdirilir.

H.Nəzərıli, həmçinin qeyd edib ki, bu böcəklər respublika ərazisinə Gürcüstandan keçib. Ötən il də belə bir hadisə baş veribmiş:

“Balakən və Zaqatalada qəhvəyi mərmər bağacığı adlı böcək yayılıb. Qəhvəyi mərmər bağacığı təsərrüfat əhəmiyyətli zərərvericidir. Tipik qalxanlılara aid bağacıqdır. Digərlərindən fərqli olaraq bu böcəklər daha çox bitkiyə zərər vurur. Belə ki, bu zərərverici 200-dən artıq bitkiyə ziyan vurur. Qəhvəyi mərmər bağacığı efir yağı tərkibli toksid maddə buraxır. Təbii ki, bu maddə çox təhlükəlidir. Həmin maddənin insanlara nisbətən daha çox quşlara ziyanı var. Bir sözlə, təbiət bioloji mübarizə apara bilmir. Vətəndaşlardan xahiş olunur ki, zərərvericiləri müşahidə etdikdə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin “088-588” qaynar xəttinə məlumat versinlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir