Cəmiyyət

DİN və ANAMA birgə məlumat yayıb – VİDEO

Sharing is caring!


Daxili İşlər Nazirliyi (DİN) və Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırıb.

Bu barədə DİN və ANAMA-nın birgə yaydığı məlumatda bildirilib.

Bildirilib ki, təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

• Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!

• Yalnız gündəlik işlək yollardan istifadə edin!

• Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!

• Naməlum əşyalara toxunmayın!

• Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir