Cəmiyyət

Nazir müavini: “Deputatların iradları haqlıdır”

Sharing is caring!


“Deputatların iradları haqlıdır. Millət vəkillərinin yekdil fikri varsa, bura büdcə təşkilatlarının salınmasının tərəfdarıyıq. Burada sual yoxdur”.

“Unikal” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, qanuna bu müddəa salınsa, prosesi yalnız dəstəkləyər və “müsbətə doğru düzəliş” adlandırıb.

Qeyd edək ki, komitə iclasında çıxış edən deputatlar dəyişiklikdə büdcə təşkilatlarının olmaması ilə bağlı sual vermişdilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir