Cəmiyyət

Bakıda ağac evin üzərinə aşıb – VİDEO

Sharing is caring!


Bakıda qurumuş ağac evin üzərinə aşıb, ciddi ziyan dəyib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Şüvəlan qəsəbəsində “Gənc Kosmonavt” düşərgəsi adlanan ərazidə baş verib.

Hadisə zamanı Zaur Yusifzadəyə məxsus mənzilin hamam hissəsi sıradan çıxıb.

Sakinlərin iddiasına görə, ərazidə təxminən 40-a yaxın qəzalı vəziyyətdə olan ağac var. Onlar deyirlər ki, qurumuş ağcların kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy verilib. Amma ağaclar olduğu kimi yerində qalıb.

Məlumata görə, təhlükəli vəziyyətin yarandığı ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gəliblər və qurumuş ağacların kəsilməsinə başlanılıb. Bildirilib ki, qəzalı vəziyyətdə olan digər ağaclar da kəsilərək ərazidən daşınacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir