Cəmiyyət

Şəmkirdə ev yanıb – FOTO

Sharing is caring!


Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Fərdi yaşayış evində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Yanğın baş vermə səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir