Cəmiyyət

Şirvanda körpənin ölü doğulması faktı ilə bağlı cinayət işi başlanıb

Sharing is caring!


Şirvanda uşağın ölü doğulması faktı ilə bağlı cinayət işi başlanıb.

Şirvan şəhər Prokurorluğundan verilən xəbərə görə, cari il iyulun 22-də Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü Aygün Əzizovanın “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə uşağının ölü doğulması faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Aygün Əzizovanın 20.07.2023-cü il tarixdən 22.07.2023-cü il tarixədək bir neçə dəfə doğuş sancıları ilə qeyd edilən xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət etməsi, lakin həkim mama-ginekoloqun həmin ağrıların doğuş sancısı olmaması qənaətinə gəlməsi və diaqnozun düzgün təyin edilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir