Cəmiyyət

Tovuzda məktəb binası qəzalı vəziyyətdədir – VİDEO

Sharing is caring!


Tovuz rayonu, şəhid Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdədir.  

Xezerxeber.az-ın məlumatına görə, 48 il öncə istismara verilmiş bu təhsil ocağı hər an uçub-dağılmaq təhlükəsi ilə üz-üzədir.

200 şagird yerlik ikimərtəbəli binadakı istismara yararsız dam örtüyü, qəzalı vəziyyətdə olan döşəmə, çatlarla sütundan aralanan divarlar, hörümçək toruna bənzəyən elektrik naqilləri, sınmış pəncərə və qapılar potensial təhlükə mənbəyidir.

Artıq məktəbdə hissə-hissə uçma halları da qeydə alınıb. Bu isə xoşagəlməz hadisələrlə nəticələnib.

Təhsil ocağı bu illər ərzində əsaslı təmir olunmayıb. Məktəbin adını daşıdığı şəhid Elşad Orucovun qardaşı bildirib ki, binanın taleyi ilə bağlı aidiyyəti üzrə müraciətlər ünvanlanıb.

Valideynlər də məktəbin mövcud vəziyyətindən narahat olduqlarını bildirirlər. Artıq bu vəziyyətə görə onlarla şagird başqa təhsil ocaqlarına üz tutublar.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Nəcibə Vəliyeva mövzu ilə bağlı bildirib ki, sözügedən məktəblə bağlı aidiyyəti üzrə məlumat verilib:

“Gələcəkdə ümumi təhsil müəssisələrinin təmir-tikintisi aparılan zaman Tovuz rayonu, Bayramlı kənd tam orta məktəbinin də əsaslı təmiri nəzərdə tutula bilər”.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir