Cəmiyyət

Qazaxda mağaza və yardımçı tikili yanıb: Xəsarət alanlar var

Sharing is caring!


Qazax rayon Aşağı Salahlı kəndində evə bitişik mağaza, yardımçı tikili və hamam otağı yanıb, xəsarət alanlar var.

“Report”un məlumatına görə, 1961-ci il təvəllüdlü Ş.Nəbiyeva məxsus ümumi sahəsi 400 kvadratmetr olan evə bitişik olan 40 kvadratmetrdə mağaza, 20 kvadratmetrdə hamam otağı və 40 kvadratmetr yardımçı tikili yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Hadisə nəticəsində həmin ünvanda təmir işləri görən, 1971-ci il təvəllüdlü H.Mustafayev müxtəlif yanıq xəsarətləri alıb. Daha bir nəfər, 2007-ci il təvəllüdlü İ.Hacıyev isə ayağından kəsici dəmir parçasının batması nəticəsində xəsarət alıb.

Hər ikisi xəstəxanaya aparılıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir