Cəmiyyət

Güclü külək bölgələrdə fəsadlar törədib – VİDEO

Sharing is caring!


Güclü külək Sumqayıtda bir sıra fəsadlar törədib.

Xezerxeber.az-ın məlumatına görə, külək şəhərin 6, 8 və 9-cu mikrorayonlarında, eyni zamanda, parklarda irigövdəli ağacları kökündən qopararaq aşırıb.

Ağaclardan biri həyətdə park edilmiş avtomobilin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsinə zərər dəyib.

Qəfil dəyişən hava şəraiti qərb bölgəsində də fəsadlara yol açıb. Güclü külək və ardından yağan yağış Goranoboyun bir neçə kəndini saatlarla elektirk enerjisiz qoyub. Küləyin təsirindən rayonun Boluslu, Məşədiqaralar, Eyvazlılar və bir neçə yaşayış məntəqəsindəki elektrik xətlərində nasazlıq yaranıb. Bu səbəbdən də yaşayış məntəqələri bir neçə saat işıqsız qalıb. Adiyyəti qurumlar fəsadların aradan qaldırılması üçün müvafiq tədbirlər görüblər.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir