Cəmiyyət

Zaqatalada iki maşın toqquşub, xəsarət alanlar var

Sharing is caring!


Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

APA-nın məlumatına görə, hadisə axşam saat 17:30-da rayonun Aşağı Tala kəndi ərazisində, Zaqatala-Aşağı Tala avtomobil yolunda baş verib.

Taksi fəaliyyəti göstərən “VAZ 21011” markalı, 55 BN 267 dövlət nömrə nişanlı və “Mercedes” markalı, 99 GL 668 dövlət nömrə nişanlı iki minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan üç nəfər Zaqatala şəhər sakini – 1993-cü il təvəllüdlü Orxan Səməd oğlu Paşayev, onun qardaşı, 1990-cı il təvəllüdlü Elçin Səməd oğlu Paşayev və rayonun Aşağı Tala kənd sakini 1995-ci il təvəllüdlü Əzim Kazım oğlu Cavadov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir