Cəmiyyət

Şifahi imtahanda uğur qazanan hakimliyə namizədlərin siyahısı açıqlandı – SİYAHI

Sharing is caring!


2023-cü il oktyabrın 10-da Hakimlərin Seçki Komitəsinin iclası keçirilib.

Bu barədə Məhkəmə-Hüquq şurası məlumat yayıb.

İclasda qeyd olunub ki, yazılı imtahanda müvəffəqiyyət qazanmış 35 nəfər hakimliyə namizədlə Komitə tərəfindən şifahi imtahan keçirilib. Namizədlərə bərabər imkanların yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə Komitə üzvləri tərəfindən müvafiq suallar bilavasitə həmin gün imtahandan əvvəl və imtahan keçirilən auditoriyada hazırlanıb.

İmtahan zamanı namizədlərə “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq 5 sual verilib və onların hər biri müəyyən edilmiş müddətdə bu sualları cavablandırıb. Suallar namizədlərin bilik səviyyəsinin, fikirlərini səlis ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünyagörüşünün qiymətləndirilməsinə imkan verib.

İmtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 29 nəfər hakimliyə namizəd tədris kursuna cəlb ediləcək. Yeni qaydalara əsasən imtahanlardan müvəffəqiyyətlə keçmiş və tədris kurslarına göndərilən namizədlərin siyahısı yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə mediada və internetdə dərc edilir.

Tədris kursu çərçivəsində namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, müasir məhkəmə-hüquq islahatları, hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan hüquqları, beynəlxalq normalar, habelə məhkəmə təcrübəsində daha çox rast gəlinən mübahisələrə və digər aktual məsələlərə dair mövzular nüfuzlu hakim və ekspertlərin iştirakı ilə tədris olunacaq, habelə onlar müvafiq məhkəmələrdə staj keçəcəklər. Həmçinin, namizədlərin xaricdə qabaqcıl təcrübəni öyrənmələri nəzərdə tutulur.

Tədris kursu oktyabr ayının 16-da başlanılacaq.

Tədris mərhələsinə buraxılmış hakimliyə namizədlərin kod üzrə siyahısı:

Kodu

  1.  

752456

  1.  

752467

  1.  

752471

  1.  

752476

  1.  

752480

  1.  

752482

  1.  

752484

  1.  

752486

  1.  

752495

  1.  

752498

  1.  

752503

  1.  

752509

  1.  

752514

  1.  

752516

  1.  

752523

  1.  

752525

  1.  

752531

  1.  

752533

  1.  

752534

  1.  

752540

  1.  

752543

  1.  

752553

  1.  

752554

  1.  

752558

  1.  

752561

  1.  

752564

  1.  

752565

  1.  

752568

  1.  

752570

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir