Cəmiyyət

Nazir müavini: “İşğaldan azad olunmuş ərazilərdə abidələrin monitorinqini yekunlaşdırmaq çətindir”

Sharing is caring!


“İşğaldan azad edilmiş ərazilərə 705 tarix və mədəniyyət abidəsi qeydiyyata alınıb. Lakin çoxlu dövlət qeydiyyatına alınmayan tarixi və arxeoloji daşınmaz mədəni irs obyektləri də mövcuddur”.

Oxu.Az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

O bildirib ki, dövlət tərəfindən həyata keçirilən bütün önəmli addımlara baxmayaraq, mədəni irsi dağıdılmaqdan xilas etmək mümkün olmayıb:

“Bunun da səbəbi Ermənistanın Azərbaycana qarşı davam edən 30 illik işğalçılıq siyasəti olub”.

S.Yusifova qeyd edib ki, azad edilən ərazilərdə aparılan monitorinqlər nəticəsində 2600-dən çox mədəni irs nümunəsinin 95 faizinin dağıdılması, vandalizmə və ya özünküləşdirməyə məruz qalması məlum olub:

“İşğal faktoruna son qoyulmasından 3 il keçməsinə baxmayaraq, hələ də monitorinqlər yekunlaşdırılmayıb. Bunun da səbəbi ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə minalanmasıdır. Bizə illərlə vaxt və küllü miqdarda maliyyə vəsaiti lazımdır ki, həmin əraziləri minalardan təmizləyək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir