Cəmiyyət

“Naftalandakı müalicə turizminin inkişafı dünya standartları ilə müqayisə olunacaq qədər yüksəkdir” – FOTO

Sharing is caring!


“Naftalandakı müalicə turizminin inkişafı dünya standartları ilə müqayisə olunacaq qədər yüksəkdir”.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda Litva səfirliyinin təşkilatçılığı ilə keçirilən “Litva sağlamlıq və müalicə turizmi” adlı tədbirdə Litvanın Druskininkay şəhərinin vitse-meri Linas Urmanaviçius deyib.

Oktyabrın 7-8-də Naftalanda keçirilən “Naftalan – sağlamlıq və turizmin sinerji mənbəyi: beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçısı olan Linas Urmanaviçius konfransla bağlı xoş xatirələrini də bölüşüb.

Litvanın kurort mərkəzlərinin nümayəndələrinin qatıldığı “Litva sağlamlıq və müalicə turizmi” adlı tədbirdə bu ölkənin kurort imkanlarına dair videoçarx nümayiş olunub.

Litvanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viktoras Dagilis ölkəsinin turizm imkanları barədə məlumat verib. O, hər il Azərbaycandan xeyli sayda turistin müalicə üçün Litvaya üz tutduğunu bildirib.

Daha sonra çıxış üçün söz Litva səfirliyinin müşaviri Castinas Bakunasa verilib. O, tədbir iştirakçılarına Litvanın təbiəti, eləcə də Vilnüs şəhəri barədə danışıb.

Tədbirdə “Druskininkay” kurortunun əsasən mədə-bağırsaq və tənəffüs xəstəliklərinin müalicəsi ilə məşhur olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, kurortun əsas təbii müalicəvi amilləri mineral sular və torf palçığıdır. Kurort bir vaxtlar dənizi qurudan ayıran zolağın keçdiyi yerdə yerləşir.

Druskininkay şəhər şurasının üzvü, “Draugstyle” sanatoriyasının sağlamlıq direktoru Arvidas Balcius isə Litvadakı tibbi reabilitasiya barədə məlumat verib.

Tədbirdə sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının qiymətləndirilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması yollarından da söz açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir