Cəmiyyət

Xaçmazda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Sharing is caring!


Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 35-ci kilometrliyində, rayonun Nərəcən kəndindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, VAZ-21099 markalı minik avtomobili hərəkətdə olarkən “Qaz-3110” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində 1997-ci il təvəllüdlü Alim Əlirza oğlu Novruzov, 1998 -ci il təvəllüdlü Gülyanə Tahirmirzə qızı Novruzova, 1971-ci il təvəllüdlü Hicran Nurbaba qızı Qənbərova və 1967-ci il təvəllüdlü Canpolad Cavanşir oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir