Cəmiyyət

Ukrayna ordusunun “Titan” ləqəbli azərbaycanəsilli hərbçisinin şücaəti – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, son iki gündə Rusiya-Ukrayna cəbhəsində qarşılıqlı hücumlar daha da intensivləşib.

“Ukraynanın 100-dən çox yaşayış məntəqəsi, 125-dən çox digər infrastruktur obyektləri artilleriya zərbələrinə məruz qalıb. Ölən və yaralananlar var. Ukrayna isə Rusiyanın 8 döyüş məntəqəsini və 5 zenit-raket kompleksini məhv edib”, – deyə jurnalist əlavə edib.

Həmçinin qeyd edilib ki, Ukrayna ordusu Zaporojyenin Melitopol şəhərində uğurlu əks-hücum əməliyyatı həyata keçirir.

O da bildirilib ki, Melitopolda Ukrayna ordusunun “Titan” ləqəbli azərbaycanəsilli hərbçisi Rusiyanın bir tankını ekipajı ilə birlikdə təkbaşına məhv edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir