Cəmiyyət

Bakıda sürücü idarəetməni itirərək yolu keçən piyadanı vurdu

Sharing is caring!


Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Nizami küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

“Ford” markalı minik avtomobilininin sürücüsü idarəetməni itirərək yolu keçən piyadanı vurub.

Zərbənin təsirindən piyada xəsarət alıb.

Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir