Cəmiyyət

Məscidlərə təyin olunan din xadimlərinin təhsil aldıqları müəssisələr açıqlanıb

Sharing is caring!


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərə təyinat alan din xadimlərinin təhsili ilə bağlı statistik məlumatları açıqlayıb.

Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova din xadimlərinin 131-nin ali dini, 46-sının isə orta ixtisas dini təhsil aldıqlarını bildirib.

Onun sözlərinə görə, ölkə daxilində ali dini təhsil almış şəxslərin 99 nəfəri Bakı İslam Universiteti, 12-si Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, 8-i Azərbaycan İlahiyyat İnstitutu, biri Qafqaz Universitetinin məzunlarıdır. Orta ixtisas dini təhsili almış şəxslərdən 17-si Əliabad İslam Kolleci, 14-ü Xosrov İslam mədrəsəsi, 8-i Şəbnəm İslam Kolleci, 7-si Şəki Pedaqoji Texnikumu, biri Lənkəran İslam Kollecini bitirib.

Vəzifəyə təyin olunan din xadimlərindən 5-i Türkiyə (3 nəfər Ərciyəs Universiteti, bir nəfər Marmara Universiteti, bir nəfər Səlcuq Universiteti), 3-ü Rusiya Federasiyasının Dağıstan Respublikası (bir nəfər Buyraks Universiteti, 2 nəfər Dağıstan İslam Universiteti), 5-i İran İslam Respublikası (Əl-Mustafa Universiteti), biri Misirdə (Əl-Əzhər Universiteti) ali dini təhsil almış şəxslərdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir