Cəmiyyət

“Sosial İşin Əsasları” təhsil proqramının beşinci mövsümünə start verilir

Sharing is caring!


“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə gənc sosial işçilər üçün həyata keçirilən “Sosial işin əsasları” təhsil proqramının beşinci mövsümünə start verilir.

Birliyin Mətbuat Xidmətindən məlumat verilib ki, həyata keçirilən proqramın əsas məqsədi gənc təlimçi və fasilitatorların, potensial sosial işçilərin hazırlanması, gənclərə sosial iş sahəsini qeyri-formal təhsil metodları ilə öyrətmək, habelə onların bilik və bacarıqlarının artırılması yolu ilə səriştəli gənclərlə işə nail olmaqdır.

Layihənin budəfəki mövsümündə cəmiyyətə yenidən adaptasiya və inteqrasiya problemlərinin həlli, müharibənin sosial-psixoloji təsirlərinin aradan qaldırılması, eləcə də gənclərlə iş sahəsində çoxsaylı təlim və görüşlərin həyata keçirilməsi planlaşdırılır. Üçaylıq təhsil proqramı çərçivəsində seçilmiş gənclər bu sahənin peşəkar mütəxəssisləri tərəfindən öz biliklərini nəzəri və praktiki modullar vasitəsi ilə artıracaqlar.

Budəfəki proqram müddətində də müxtəlif sosial xidmət müəssisələrinə səfərlər nəzərdə tutulub. Qeyd olunub ki, təlim proqramının indiyədək dörd mövsümü həyata keçirilib və ümumilikdə 200-dən çox gənc proqramdan yararlanıb.

Proqramda iştirak etmək istəyən 17-23 yaş arasında, sosial iş üzrə ixtisaslaşan, bu sahəyə marağı olan, yüksək motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığına malik gənclər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir