Cəmiyyət

Şabranda fermada yanğın olub

Sharing is caring!


Şabran rayonunda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonun Çayqaraqaşlı kəndində ümumi sahəsi 76 kvadratmetr olan fermanın və bitişik sahəsi 32 kvadratmetr olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir